Samsung Galaxy telefonunuzda batareyanın vəziyyətini necə yoxlamaq olar

Son yeniləmə tarixi : 02-12-2025

Batareyaların ömrü onların istifadə üsullarından və mühitlərindən asılıdır. Telefonunuzu çox tez-tez doldurursunuzsa və batareyanın ömrü nəzərəçarpacaq dərəcədə azalıbsa, Samsung Members tətbiqində Telefon diaqnostikasi alətindən istifadə edin. Batareyanın vəziyyətini asanlıqla yoxlaya və onun dəyişdirilməsinin lazım olub-olmadığını müəyyən edə bilərsiniz.

Samsung Members tətbiqində batareyanın özünüdiaqnostikası

Batareyanızın vəziyyətini yoxlamaq üçün Samsung Members tətbiqində Telefon diaqnostikasi xüsusiyyətindən istifadə edə bilərsiniz. Bu alət Samsung Xidmət Mərkəzinə getmədən batareyanızın vəziyyətinə mütəmadi olaraq nəzarət etməyə və mümkün problemləri tez müəyyən etməyə kömək edir. Batareyanızın sağlamlığını yoxlamaq və cihazınızın optimal işləməsini təmin etmək üçün aşağıdakı addımlara əməl edin.

Samsung Members tətbiqinə toxunmaq Samsung Members tətbiqinə toxunmaq

Addım 1. Samsung Members tətbiqinə toxunun.

Dəstək tabına toxunmaq Dəstək tabına toxunmaq

Addım 2. Dəstək tabına toxunun.

Başla düyməsinə toxunmaq Başla düyməsinə toxunmaq

Addım 3. Telefon diaqnostikasi altinda Başla üzərinə basın.

Batareya statusu nişanın toxunmaq Batareya statusu nişanın toxunmaq

Addım 4. Diaqnostika tamamlandıqdan sonra Batareya statusu nişanına toxunaraq nəticəni görə bilərsiniz.

Batareya vəziyyətinə dair nəticə Batareya vəziyyətinə dair nəticə

Addım 5. Diaqnozun nəticəsinə baxın.

Batareya statusu:

  • Normal: Batareyada performans problemi yoxdur.
  • Zəif: Uzunmüddətli istifadə və ya ətraf mühit şəraiti səbəbindən batareyanın səmərəliliyi azalmış ola bilər.
  • Pis: Batareyanın ömrü əhəmiyyətli dərəcədə azalıb. Stabil performans üçün yerli Samsung Dəstək Mərkəzinə müraciət edin.

Batareya haqqında əlavə məlumata ehtiyacınız varsa, Galaxy Batareya səhifəsinə daxil olun.

Qeyd: Menyu adları, yollar və ekran tərtibatları cihazınızın modeli, proqram təminatınız və ya tətbiq versiyanızdan asılı olaraq dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!